"Neftçi" avrokuboklara vəsiqəni təmin etdi

10:38 - 10 Aprel 2023

Misli Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, "Qarabağ"la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, XXIX turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur.

Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.Paytaxt klubu 9 dəfə - 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafat qazanıb.Qeyd edək ki, “Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək.

Xəbər xətti