Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
09.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
saytlarin hazirlanmasi