Premyer Liqaya vəsiqə qazanan klub bombardiri saxlayacaq

13:46 - 12 Aprel 2023

Azərbaycan birinci liqasının bombardiri olan Orxan Əliyev Premyer Liqa klublarının diqqət mərkəzindədir.

Sportal.az saytına verilən məlumata görə, "Araz Naxçıvan" Əliyevi yeni mövsüm üçün komandada saxlamaq istəyir.

Belə ki, Premyer Liqaya vəsiqəni təmin edən Naxçıvan təmsilçisi Orxanla müqavilə müddətini artırmaq niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Azər Bağırov Orxanı yeni mövsüm üçün də sərəncamında görmək istəyir. Bunun üçün də ona yeni müqavilə təklif ediləcək.

Xəbər xətti