Premyer Liqaya vəsiqə qazanan komandanın baş məşqçisi: "Məqsədimizə çatdıq"

20:17 - 13 Aprel 2023

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan klub "Araz Naxçıvan" oldu.

Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov Sportal.az saytına açıqlama verib.

Bağırov Premyer Liqada oynamaq üçün bütün işləri yerinə yetirəcəklərini söyləyib:

"Təbii ki, birinci divizionda istədiyimiz məqsədə çatdıq. Amma liqa hələ başa çatmayıb. Mövsümün sonuna qədər qələbə üçün oynayacağıq. Premyer Liqaya vəsiqə qazanmışıq və istədiyimizi yerinə yetirib oynamaq bizə daha çox motivasiya verir. Klub olaraq məqsədimiz yüksək liqaya vəsiqə qazanmaq idi. Bunu etdiyimizə görə şadıq. Allah qoysa, yeni mövsümdən yüksək liqada oynayarıq. Tələb olunan bütün kriteriyaları yerinə yetirməyə çalışacağıq. Böyük futbolun Naxçıvana qayıdışına görə sevinirik. Birinci divizionda mövsüm başa çatsın, daha sonra yüksək liqa üçün heyət baxımından planlarımızı həyata keçirəcəyik".

Mirbağırağa
 

Xəbər xətti