"Zenit"in müdafiəçisi Rodriqao Rusiya vətəndaşlığını ala biləcəyi ilə bağlı söz-söhbətlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan braziliyalı məsələ haqda bunları deyib:
"Heç vaxt bu barədə ciddi düşünməmişəm. Heç vaxt mənə lazım olmayan məlumata sahib deyiləm. Gələcəkdə bu məsələnin gündəmə gələ biləcəyini istisna etmirəm. Olarsa, baxmaq mümkündür. Amma indi bu barədə düşünmürəm".
27 yaşlı müdafiəçi “Atletiko Mineyro”, “Kaldense”, “Boa” (hamısı Braziliya), “Jil Visente” (Portuqaliya”) kimi komandalarda oynadıqdan sonra 2021-ci ildə Rusiyaya yollanaraq “Soçi” ilə anlaşıb. O, 2022-ci ildən isə “Zenit”də çıxış edir. Onun Rusiyada 5 illik karyerası tamam olduqdan sonra milliləşdirilməsi planlaşdırılır.
saytlarin hazirlanmasi