Premyer Liqaya yeni vəsiqə qazanan klub: stadionun ot örtüyü dəyişdirilir

12:11 - 14 Aprel 2023

Birinci divizionun lideri, yeni mövsüm üçün Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan" ev oyunlarını keçirdiyi stadionda dəyişikliklər edəcək.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan şəhər stadionunun ot örtüyü mövsüm başa çatan kimi dəyişdiriləcək. Belə ki, təbii örtüklü meydança süni örtüklü meydança ilə əvəz olunacaq.

Həmin süni örtüklərin Avropadan gətiriləcəyi gözlənilir. Bununla yanaşı stadionda yeni projektorların quraşdırılacağı da planlaşdırılır.

Xəbər xətti