Azərbaycan Premyer Liqasında indiyə qədər fərqli ölkələrdən futbolçular çıxış edib.
Sportal.az xəbər verir ki, mövsümün gedişində "Turan Tovuz" yeni transferi həyata keçirməklə, həm də Premyer Liqamızdakı legionerlərinin sayının artmasına səbəb olub. İndiyə kimi yüksək liqada Panamadan futbolçu oynamamışdı. KONKAKAF-ın 13 ölkəsindən ümumilikdə 56 futbolçu liqamızın iştirakçısı olmuşdu. Azərbaycan klubları heç vaxt panamlı futbolçuya ehtiyac duymamışdı. "Turan Tovuz"un futbolçusu Roderik Miller Premyer Liqanın 29-ci turunun "Şamaxı"(1:1) ilə görüşündə meydana çıxaraq çempionatımızın ilk panamalısı kimi tarixə keçmiş oldu.
Millerə qədər Şimali Amerika zonasından, daha dəqiq desək Kanada, Kosta-Rika, Kuraçao, Dominikan Respublikası, Salvador, Qvatemala, Haiti, Honduras, Yamayka, Meksika, Surinam, Trinidad və Tobaqo, ABŞ-dan futbolçular oynamışdı. Onların arasında məxsus olduqları ölkələrin millilərinin formasını geyinmiş Uionston Parks ("Xəzər Lənkəran", "Kosta-Rika), Nelson Bonilya ("Zirə", Salvador), Deon Burton ("Qəbələ", Yamayka), Allan Lallin ("Xəzər Lənkəran", Salvador) kimi futbolçular var.
Mirbağırağa
saytlarin hazirlanmasi