"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turunun "Sabah"la görüşünə itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, Elvin Cəfərquliyev cəzalı durumda olduğuna görə Ağdam klubuna kömək etməyəcək.
Abbas Hüseynov zədə səbəbindən, Şahruddin Məhəmmədəliyev isə ağır zədədən sonra hazırda bərpa prosesi keçdiyi üçün oynamayacaq.
Bədavi Hüseynovla Yassin Benzia isə artıq kollektivlə məşqlərə qayıdıb.
"Sabah"ın baş məşqçisi Murad Musayev də cəzalı olduğuna görə texniki zonadakı yerini ala bilməyəcək. Onunla yanaşı, ötən turda qırmızı vərəqə ilə cəzalandırılan Con İrasabal da “Qarabağ”la matçda iştirak etməyəcək.
"Sabah" - "Qarabağ" oyunu aprelin 16-da Masazırdakı “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.
saytlarin hazirlanmasi