"Lex"də oynamış forvard Azərbaycan klubuna keçə bilər

16:19 - 15 Aprel 2023

Gürcüstan milli komandasının və "Torpedo"nun hücumçusu Nika Kaçarava karyerasını Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı forvard ölkə çempionatında çıxış edən iki kluba təklif olunub.

Biri paytaxtı, digəri bölgəni təmsil edən klublarımızın hər ikisi də gürcü hücumçunun xidmətində maraqlıdır.

Adı hələ ki, açıqlanmayan klublarımız Kaçaravanı yayda heyətinə qatmaq niyyətindədir. Ancaq maliyyə məsələləri hələ müzakirə edilməyib. Əgər bu istiqamətdə də iki klubumuzdan biri ilə danışıq əldə olunsa, Nika karyerasını Azərbaycanda davam etdirəcək.

Forvardın "Torpedo"(Kutaisi) ilə müqaviləsi 2023-cü il dekabrın 31-də başa çatacaq. O, fevralın 5-də müqavilə imzaladığı Gürcüstan klubunda 7 matçda 3 qol vurub. "Dinamo"nun (Tbilisi) futbol akademiyasının yetirməsi olan Nika "Rubin", "Tsxinvali", "Rostov", "Etnikos Axna", "Korona", "Anortosis", "Lex", "Çonnam Dreqonz" klublarında forma geyinib.


Xəbər xətti