"Şamaxı"da heç-heçə, "Sabah" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

20:55 - 16 Aprel 2023

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulur.

Sportal.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyunu "Şamaxı"da baş tutacaq. Burada rayonun eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Tura Masazırda yekun vurulacaq. 2-ci pillədə olan "Sabah" öz meydanında lider "Qarabağ"ı qəbul edəcək. Bu qarşılaşma saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası

XXX tur

16 aprel

16:00 Şamaxı – Sumqayıt 0:0
Şamaxı şəhər stadionu
Əvvəlki oyunlar: 1:1, 4:2, 0:1
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu. Saat 16:00.

19:00 Sabah – Qarabağ 2:1

Qollar: Coy Lens Mikels, 72, 76 - Riçard Almeyda, 76 (pen)
"Bank Respublika Arena"
Əvvəlki oyunlar: 3:4, 0:0, 1:1
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”. Saat 19:00.

Xəbər xətti