Məğlubiyyətsiz seriyalar: "Qarabağ", "Kəpəz", "Turan", "Neftçi", "Şəmkir"

11:17 - 17 Aprel 2023

"Qarabağ" Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb. Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.

Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

1. “Qarabağ” – 49 (2021-23)

2. “Qarabağ” – 31 (2018-19)

3. “Kəpəz” – 28 (1997-98)

4. “Turan” – 27 (1992-93)

5-6. “Şəmklr” – 26 (2000-01)

“Neftçi” – 26 (2003-04)

Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.

Xəbər xətti