"Qarabağ" Gürcüstana yollandı

17:05 - 18 Aprel 2023

Reqbi üzrə "Qarabağ" klubu Gürcüstana yollanıb.

Sportal.az xəbər verir ki, adıçəkilən klub Qoridə keçiriləcək reqbi festivalında çıxış edəcək.

"Qarabağ" U-13 yaş kateqoriyasında “Martve”, “Kazbegi” və “Samtredia” komandaları ilə mübarizə aparacaq.

Qrupun ən yaxşı komandaları pley-offa yüksələcək. Bütün oyunlar sabah keçiriləcək.

Xəbər xətti