Birinci divizion: "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Şamaxı"nı darmadağın etdi

19:13 - 18 Aprel 2023

Azərbaycan birinci divizionunda 25-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, “Səbail-2” evdə “Zirə-2” ilə bacarmayıb. “Qarabağ”ın ikinci komandası isə “Şamaxı-2”ni darmadağın edib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi-2” də “Sumqayıt-2”yə güzəştə getməyib.

“Qarabağ-2” – “Şamaxı-2” 5:0
Qollar:
Mehdi Tahirov 28, Nəriman Axundzadə 49 (p), 64, Əli Nəcəfli 83, Mirmövsüm Caniyev 90+1

“Səbail-2” – “Zirə-2” 0:3 
Qollar
: Xəqani Sadıxov 50, Taleh Fərmanov 54, Mahmud Ağayev 90

“Neftçi-2” – “Sumqayıt-2” 6:1
Qollar
: Ağadadaş Salyanski 11, Vüsal Əsgərov 34, 46, 73, Elşad Tağıyev 64, Aşqin Abazərov65 – Xəzər Mahmudov 38 (p)

Xəbər xətti