"Sumqayıt"ın aparıcı üzvü Murad Xaçayev yeni mövsümə də böyük ehtimalla hazırkı komandasında başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə bir neçə komandadan təklif olsa da, Xaçayev özü də hazırkı klubunda qalmaq niyyətindədir.
"Kimyaçılar" Premyer Liqadakı yerini qoruyub-saxlaya bilsə, 25 yaşlı futbolçu ilə müqavilə müddəti uzadılacaq.
Xaçayevin hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. Azərbaycanın U-19, U-21 və əsas millisində oynamış yarımmüdafiəçi Ukrayna Premyer Liqasında yarışan "Zarya"nın transfer siyahısında yer almışdı. "Şaxtyor" yetirməsi olan futbolçu 2018-ci ildə "Sumqayıt"a keçib.
saytlarin hazirlanmasi