Beynəlxalq İdman Araşdırmaları mərkəzi olan "Football Observatory" penaltilərin təyin olunduğu ölkə çempionatlarının reytinqini dərc edib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında təxminən hər 291 dəqiqədən bir "ağ nöqtə" göstərilir. Bu göstərici ilə liqamız 49-cu yerdədir.
Ən çox penalti isə Misir çempionatında təyin edilib(hər 172 dəqiqədən bir). Sonrakı pilləni Səudiyyə Ərəbistanı çempionatı (178) tutur. İlk "üçlük"də isə Rusiya Premyer Liqası qərarlaşıb(187).
Reytinqdə dünyanın 75 liqasında 2020-ci il yanvarın 1-dən bu il aprelin 1-dək keçirilmiş oyunlar nəzərə alınıb.
saytlarin hazirlanmasi