"Qarabağ" - "Zirə" görüşünün biletləri satışa çıxarılacaq

16:55 - 19 Aprel 2023

Misli Premyer Liqasının 31-ci turunda keçiriləcək “Qarabağ” - “Zirə” görüşünün biletləri sabah 11:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manata satılacaq.

Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər @iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Xəbər xətti