Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilir (maddə 62.2);
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
16.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXX turunun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına görə meydan sahibi kluba dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 49.4);
saytlarin hazirlanmasi