"Sabah" "Turan Tovuz"a qalib gəldi, "Neftçi" "Səbail"lə heç-heçə etdi - YENİLƏNİB

20:23 - 22 Aprel 2023

Azərbaycan Premyer Liqasında XXXI turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Tovuzda baş tutacaq. Burada yerli "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Görüşün start fiti saat 16:00-da səslənəcək. İkinci oyunda isə "Səbail" öz meydanında "Neftçi"ni qəbul edəcək. Bu barşılaşma saat 18:30-da başlayacaq.

22 aprel (şənbə)

“Turan Tovuz” – “Sabah” 0:2

Qollar: Aleksey Kaşuk, 28, 66
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu, 16:00

“Səbail” – “Neftçi” 1:1

Qollar: Maksim Çex, 32 - Yeqor Boqomolski, 8
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 18:30

Xəbər xətti