“Qəbələ” Premyer Liqanın 31-ci turu çərçivəsində “Sumqayıt”la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Sumqayıtda keçiriləcək qarşılaşma iki rəqib arasında 46-cı duel olacaq.
Komandalar indiyədək 45 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçlarda böyük üstünlüyə malikdir. Hesabında 26 qələbə olan “Qəbələ” 14 bərabərlik əldə edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 70 top keçirən komanda 32 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 8 görüşdə meydandan qolsuz ayrılmayan komanda 9 oyundur rəqibinə uduzmur.
Premyer Liqa çərçivəsində baş tutan 42 görüşdə 24 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 67-31-dir.
Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 21 oyunda 9 dəfə qalib gəlib. 8 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 28 top vuran “Qəbələ” futbolçuları 18 top buraxıblar.
Xatırladaq ki, aprelin 23-də “Sumqayıt Arena”baş tutacaq bu matça saat 18:00-da start veriləcək.
saytlarin hazirlanmasi