"Araz Naxçıvan" qalib gəldi, "Neftçi"dən heç-heçə

18:10 - 26 Aprel 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXVI turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün lider "Araz Naxçıvan" doğma meydanda "Mingəçevir"i 2:0 hesabı ilə məğlub edib, "Zirə-2" - "Neftçi-2" görüşündə isə qalib müəyyənləşməyib.

"Araz Naxçıvan" - "Mingəçevir" 2:0

Qollar: Bayranəli Qurbanov, 16, Orxan Əliyev, 81

"Zirə-2" - "Neftçi-2" 1:1

Qollar: Taleh Fərmanov, 66 - Aşqin Abazərov, 38

Xəbər xətti