"Sumqayıt" "Zaqatala"ya uduzdu - VİDEO

21:35 - 26 Aprel 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXVI turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Sumqayıt-2" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 40-a yüksəldən "Zaqatala" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 13 xalla sonuncu yerdədir.

"Sumqayıt-2" - "Zaqatala" 0:2

Qollar: Nikoloz Saknelaşvili, 27, Cəlal Cəbrayılov, 86

Xəbər xətti