AFFA kənar şəxslərə görə "Qarabağ"ı cərimələdi

12:40 - 27 Aprel 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 39);

21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 49.6);

21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilir;

Xəbər xətti