Premyer Liqada daha bir oyunun tarixi dəyişdirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, 30 aprel tarixində nəzərdə tutulmuş “Neftçi” - “Qarabağ” oyunu 2 may tarixinə keçirildiyinə görə 33-cü turun “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Qəbələ” qarşılaşması 8 may saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" hazırda 78 xalla lider, "Qəbələ" 45 xalla dördüncü pillədədir.
saytlarin hazirlanmasi