Yeni mövsümdən Premyer Liqada mübarizə aparmaq haqqı qazanan "Araz Naxçıvan"ın baş məşqçi postunda dəyişiklik olmayacaq.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin rəhbərliyi birinci divizionda komandaya uğur qazandıran Azər Bağırovla işbirliyinə davam edəcək.
Saytımıza verilən məlumata görə, "Araz Naxçıvan"ın məşqçilər korpusunda Azər bəyin qardaşı Araz Bağırov da yer alacaq.
"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarında işləmişə B kateqoriyalı məşqçinin yeni mövsümdən qardaşının köməkçisi vəzifəsində çalışacağı gözlənilir.
saytlarin hazirlanmasi