Ayxan Abbasovun 50-ci qələbəsi

09:54 - 3 May 2023

Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Turan Tovuz”un çalışdırıcısının yubileyi Misli Premyer Liqasının 32-ci turuna təsadüf edib. 42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib - 3:1.

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.

Xəbər xətti