"Sabah"ın oyununun vaxtı "Beşiktaş"a görə dəyişdirildi

19:37 - 3 May 2023

Misli Premyer Liqasının XXXIV turunun oyun cədvəlində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, “Sabah” klubu 13 mayda keçiriləcək “Sabah” – “Beşiktaş” xeyriyyə matçı ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

“Sabah” klubunun müraciətini, “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə XXXIV turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb. Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti