"Zaqatala"dan "Zirə"yə 3 cavabsız qol - VİDEO

23:02 - 3 May 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXVII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Zaqatala" doğma meydanda "Zirə-2"ni qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 43-ə yüksəldən "Zaqatala" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Zirə-2" isə 26 xalla 12-ci yerdədir.

"Zaqatala" - "Zirə-2" 3:0

Qollar: Bəhruz Teymurov, 15, 40, 52

Xəbər xətti