"Səbail" "Qəbələ"ni məğlub etdi - VİDEO

20:51 - 4 May 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXVII turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Səbail-2" doğma meydanda "Qəbələ-2"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Səbail-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Qəbələ-2" isə 41 xalla 5-ci yerdədir.

“Səbail-2” 1–0 “Qəbələ-2”
Qol: Emin Rüstəmov, 86

Xəbər xətti