Premyer Liqa klubu "Kəpəz"in bu futbolçusunu istəyir

13:12 - 5 May 2023

"Kəpəz"in futbolçusu Nicat Süleymanov yayda komandasını dəyişə bilər.

Sportal.az saytına verilən məlumata görə, Gəncə klubunun yarımmüdafiəçisinin xidmətində maraqlı olan klublardan biri "Sumqayıt"dır.

"Kimyaçılar" yayda 24 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Təbii ki, onlar Premyer Liqadakı yerini qoruyub-saxlaya bilsə.

2021-ci ildən "Kəpəz"də çıxış edən Süleymanovun yeni mövsümə harada başlayacağı yayda bəlli olacaq.

"Bakı"nın yetirməsi olan Süleymanov "Qarabağ", "Zirə", "Turan Tovuz" klublarında da oynayıb.
 

Xəbər xətti