"Sabah" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

19:50 - 5 May 2023

Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə yalnız bir matç keçirilib. 

"Kəpəz" "Sabah"ı qəbul edib. Qəbələdə baş tutan matç paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.. 

Misli Premyer Liqası
XXXIII tur

5 may

18:00 "Kəpəz" - "Sabah" 0:3

Qollar: Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 16, Davit Volkov, 83
Qəbələ şəhər stadionu
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov

Xəbər xətti