"Zirə" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB

18:22 - 6 May 2023

Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün bir qarşılaşma keçiriləcək. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Şamaxı" doğma meydanda avrokuboklara vəsiqə şansını davam etdirən "Zirə"ni qəbul edəcək. Matç saat 16:30-da Şamaxı Şəhər Stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Turun digər görüşləri isə 7-8 may tarixlərində baş tutacaq.

6 may (şənbə)

16:30 “Şamaxı” – “Zirə” 0:3

Qollar: Vladislav Kulaç 35, Hamidu Keyta, 57, Rüstəm Əhmədzadə, 82
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu

Xəbər xətti