Bu mövsüm birinci divizionda çempionluq yaşayan və yeni sezondan Premyer Liqada mübarizə aparacaq "Araz Naxçıvan" indidən heyətin gücləndirilməsi ilə bağlı addımlar atmağa başlayıb.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi yay "transfer pəncərəsi" dövründə bir neçə futbolçunu heyətinə qatacaq.
Azər Bağırovun rəhbərlik etdiyi komanda "Zirə"nin müdafiəçisi Slavik Alxasov, "Qəbələ"nin üzvü Murad Musayevlə güclənmək istəyir. Premyer Liqaya vəsiqə qazanan komanda hər iki futbolçunun keçidini həll etməyə çalışacaq.