"Turan Tovuz" "Qəbələ"ni, "Qarabağ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

22:22 - 13 May 2023

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu Qəbələdə keçiriləcək. Burada rayonun eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Günün ikinci matçında isə "Qarabağ" "Səbail"in qonağı olacaq. Bu qarşılaşma saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionluğu rəsmiləşdirəcək.

Azərbaycan Premyer Liqası
XXXIV tur

13 may

Qəbələ - Turan Tovuz 1:2
Qollar:
Rafael Utsiq, 66 Sadiq Quliyev, 54, Siyanda Xulu, 90+4
Qırmızı vərəqə: Ürfan Abbasov, 56
Qəbələ şəhər stadionu
Əvvəlki oyunlar: 2:0, 0:0, 1:1
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

20:30 Səbail - Qarabağ 0:3

Qollar: Bəhlul Mustafazadə, 71, Ramil Şeydayev, 77, 86
"ASCO Arena"
Əvvəlki oyunlar: 1:3, 0:3, 0:3
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev 

Xəbər xətti