Azərbaycan Premyer Liqası tarixinin antirekordu qeydə alındı

11:12 - 15 May 2023

Misli Premyer Liqasının 2022/2023 mövsümündə 17-ci avtoqol qeydə alınıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.

Xəbər xətti