"Neftçi"nin oyununda 3 qol, 2 qırmızı vərəqə - VİDEO

19:59 - 16 May 2023

Futbol üzrə Azərbaycan I Divizionunda XXIX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Neftçi-2" öz meydanında lider "Araz Naxçıvan"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 56-ya yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 66 xalı olan "Araz Naxçıvan" isə liderliyini davam etdirir.

"Neftçi-2" - "Araz Naxçıvan" 2:1

Qollar: Elşad Tağıyev, 44, Fariz Xeyrullayev, 64 - Fərid Kərimzadə, 49

Qırmızı vərəqə: Həbib İsmayılov, 55 - Emil Bayramov, 60

Xəbər xətti