"Sabah" "Sumqayıt"ı məğlub etdi - YENİLƏNİB

21:24 - 17 May 2023

Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulur.

Sportal.az xəbər verir ki, bu gün turun son matçı baş tutacaq. "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun digər görüşləri 12-13-14 may tarixlərində baş tutub.

Azərbaycan Premyer Liqası
XXXIV tur
17 may

19:30. "Sumqayıt" - "Sabah" 0:4
Qol:
Con İrasabal, 34, Davit Volkov, 44, Kristian da Silva, 45+1, Kristian Sebalyos, 72
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".

Xəbər xətti