"Qarabağ" uduzdu, "Sabah" - "Zirə" matçında qalib müəyyənləşmədi - YENİLƏNİB

18:27 - 22 May 2023

Bu gün Misli Premyer Liqasında 35-ci turun görüşləri keçirilib. 

Sportal.az xəbər verir ki, çempion "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib və rəqibinə uduzub. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Şamaxı" isə "Qəbələ" ilə heç-heçə oynayıb. "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" də "Sabah"a qalib gələ bilməyib. 

Misli Premyer Liqası
XXXV tur

22 may (bazar ertəsi)

“Turan Tovuz” – “Səbail” 2:2

Qollar: Şəhriyar Əliyev 2, Ayxan Quseynov 50 - Mazurek 73, Zakpa 90+2

Tovuz şəhər stadionu

“Şamaxı” – “Qəbələ” 0:0
Şamaxı şəhər stadionu

“Sabah” – “Zirə” 0:0 
“Bank Respublika Arena”

“Qarabağ” – “Sumqayıt” 1:2

Qollar: Riçard Almeyda 88 - Vüsal İsgəndərli 33 (p), Səbuhi Abdullazadə 39
“Azərsun Arena”

Xəbər xətti