Azərbaycan Premyer Liqasında son turun təqvimi açıqlandı

12:10 - 23 May 2023

Misli Premyer Liqasının XXXVI turun oyun cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 may (şənbə)

“Sumqayıt” – “Zirə”  
“Kapital Bank Arena”, 17:30

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30

“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 20:00

28 may (bazar)

 “Neftçi” – “Sabah”
 “Bakcell Arena”, 17:00

“Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”, 19:30

Qeyd: Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.

Xəbər xətti