"Napoli"nin yeni baş məşqçisinin adı bəllidi

14:00 - 24 May 2023

"Napoli" rəhbərliyi ilə komandanın baş məşqçisi Luçano Spaletti arasında ciddi mübahisə yaşanıb.

Sportal.az "Tutto Napoli"yə istinadən xəbər verir ki, neapolluları 30 ildən sonra çempion edən mütəxəssis mövsümün sonunda klubu tərk edəcək.

Artıq yeni baş məşqçinin adı da dəqiqləşib. İtaliya nəhənginin prezidenti Aurelio De Laurentis hazırda "Atalanta"nın sükanı arxasında olan Gian-Pyero Qasperinini yeni baş məşqçi postuna gətirəcək. 65 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq və ona 4 milyon avro maaş veriləcək.

Berqamo təmsilçisi isə Qasperinini "Torino"nun çalışdırıcısı İvan Yuriçlə əvəzləyəcək.
 

Xəbər xətti