"Liverpul"un istədiyi futbolçu PSJ-yə keçir

12:50 - 25 May 2023

Fransanın PSJ klubu mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Paris təmsilçlisi Manuel Uqartenin transferi ilə bağlı "Sportinq"lə razılıq əldə edib. Bu barədə "Record" nəşri məlumat yayıb.

PSJ "Liverpul"un da transfer siyahısında yer alan uruqvaylı futbolçu üçün Portuqaliya klubuna 60 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Sportinq" Manuel Uqarteni 2021-ci ilin yayında "Farmalikan"dan transfer edib. 22 yaşlı yarımmüdafiəçi cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti