"Qəbələ" - "Kəpəz": 24-cü duel

10:01 - 27 May 2023

Bu həftə Misli Premyer Liqasında 2022/23 mövsümü başa çatacaq. Sonuncu tur iki günü əhatə edəcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Kəpəz”i qonaq edəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq görüş komandaların 24-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 23 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. "Radarlar" top fərqində də öndədir – 31-19. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.

12-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 15 qol vuran "Qəbələ" qapısından 7 top buraxıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 17:30-da başlayacaq.

2010/11 mövsümü

31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 // Junivan Suares, 56

12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

2011/12 mövsümü

16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85

15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

2015/16 mövsümü

23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zec, 6

01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 //  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

2016/17 mövsümü

08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q) 

16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0

Julien Ebah, 70; Dario Federiko, 90+3

2017/18 mövsümü

29.09.2017. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 0:2

Kərim Diniyev, 48; İlkin Sadıqov, 56 

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6

Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14;  Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

09.03.2018. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Filip Ozobiç, 66

28.04.2018. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 3:0

Filip Ozobiç, 31; Stiven Monroz, 39; Cavid Hüseynov, 45+1

2022/23 mövsümü

21.08.2022. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:3

Məqsəd İsayev, 18; Ramon Maçado, 27; Rövlan Muradov, 57

22.10.2022. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) – 1:1

İsnik Alimi, 20 // Fərid Nəbiyev, 61

24.01.2023. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:2

Ahmed Ayzaya, 18 (p.); Martins Junior, 42 (p.) // Ruan Renato, 63; Ülvi İsgəndərov, 79

Xəbər xətti