"Əsl finaldır, geridönüşü olmayan matçdır"

11:39 - 27 May 2023

Bu gün Premyer Liqada növbəti mövsüm yerini qoruyacaq komandanın adına aydınlıq gələcək. Belə ki, "Səbail" və "Şamaxı" klublarından birini yüksək liqada qalacaq. Bölgə klubunun aparıcı üzvü, qolkiperi Rəşad Əzizli önəmli oyundan əvvəl Sportal.az saytına açıqlama verib və komandasının qələbəyə kökləndiyini bildirib:

"Kollektivdəki ab-hava superdir. Hamımız oyunun başlamasını səbrislizklə gözləyirik. Mövsüm ərzində çox yaxşı oyunlar oynamışıq, qələbələr qazanmışıq. Bəzən bəxtsizlikdən, bəzən təcrübəsizlikdən xallar itirmişik. Ancaq bu, son oyundur, final görüşüdür. Premyer Liqada qalmaq üçün son saniyəyə qədər bütün gücümüzü meydanda qoyacağıq. Çünki bu görüşün geridönüşü yoxdur. Düzünü deyim, indiyə qədər belə stressli görüşə çıxmamışam. İnanıram ki, final ab-havasında keçəcək oyunda biz qalib gələcəyik və Premyer Liqada qalacağıq. Məşqimizi etmişik, hər birimiz uğur qazanacağımıza inanırıq".

Mirbağırağa

Xəbər xətti