Azərbaycanı avrokuboklarda təmsil edəcək son klub bəlli oldu

19:26 - 27 May 2023

Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək son klub dəqiqləşib.

Sportal.az xəbər verir ki, “Qəbələ” Misli Premyer Liqasında dördüncü yeri tutaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. “Qırmızı-qaralar” buna 36-cı turda öz meydanında “Kəpəz”lə heç-heçə etməklə nail olub.

Xalını 50-ə çatdıran Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə eyni xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə, dördüncü yeri tutub.

Qeyd edək ki, “Zirə” son turda səfərdə “Sumqayıt”ı 3:0 məğlub edib.

Xəbər xətti