"Bugünkü vəziyyətdə danışmağa dəyməz. Son tura qədər intriqanı saxlamışdıq. Heç kimin tanıdığı futbolçularla bunu etmişdik. Bu gün layiqli mübarizə apardıq. Azarkeşlərə təşəkkür edirik. Bizi tək qoymadılar. Mövsümün əvvəlindən də, futbol mütəxəssisləri təcrübəsiz futbolçular və gənc məşqçilərə görə, "Şamaxı"ya autsayder gözü ilə baxırdı. Təəssüf ki, Premyer Liqanı tərk etdik. "Səbail"ə uğurlar arzulayıram".
Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 36-cı turunun "Səbail"lə görüşündən sonra deyib. O, komandasının 0:1 hesablı məğlubiyyəti barədə danışıb.
- Özünüz bu mövsüm nə qazandız?
- Gənc futbolçularla işləmək nəsib oldu. Çünki təcrübəli və legionerlərlə işləmək asandır. Bizim üçün uzun yol oldu. Məşqçi kimi Cavid Hüseynovla ilk işimiz idi. Buradakı səhvlərimizi gələcəkdə etməməliyik. Ən böyük problemimiz qol vura bilməmək idi. Yəqin ki, gələcəkdə çalışdığımız klublarda təcrübəli və legioner oyunçular almaq istəyəcəyik.
- Yeni mövsüm Premyer Liqada 12 komandanın ola biləcəyi iddiaları var. Bununla bağlı fikriniz necədir?
- Biz də istəyərdik ki, çempionatda 12 komanda olsun. Amma idman prinsiplərini unutmamalıyıq. Son illərdə belə maraqlı çempionat görməmişdik.
- Yerli futbolçularla oynayaraq Premyer Liqaya vida etdiniz. Buna dəyərdi?
- Əlbəttə dəyərdi. "Şamaxı" çətin yolu seçmişdi. Gənclərlə belə məğlubiyyətlər gözlənilən idi. Səhv yolu seçməmişdik. Artıq futbolçularımıza iddialı klublardan təkliflər var. Bu da futbolumuz üçün xeyirlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi