Azərbaycan çempionatında rekord göstərici

11:20 - 29 May 2023

Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümündə 475 qol vurulub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.

Bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004/05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/04 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

Qeyd edək ki, 2021/22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.

Xəbər xətti