"Mançester Yunayted" portuqaliyalı ilə müqavilə imzaladı

18:48 - 31 May 2023

İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dieqo Dalonun sözləşməsinin müddətini uzadıb. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı sağ cinah müdafiəçisi 2028-ci ilin yayına kimi Mançester təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Dieqo Dalonu 2018-ci ilin yayında "Portu"dan transfer edib. 24 yaşlı arxa xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti