"Real"ın daha bir ulduzuna fantastik təklif

17:31 - 1 İyun 2023

"Real"ın daha bir futbolçusu cəlbedici təklif alıb.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından biri Luka Modriçi transfer etmək istəyir. Bu barədə "Ok Radio" məlumat yayıb. İllik 120 milyon avroluq təklif alan 37 yaşlı futbolçu Madrid təmsilçisindən ayrılmağa isti yanaşır.

"Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 51 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Qeyd edək ki, "Real"ın fransalı hücumçusu Kərim Benzema da Səudiyyə Ərəbistanından təklif alıb.

Xəbər xətti