İtaliyada mövsümün ən yaxşısı bəlli oldu

19:13 - 1 İyun 2023

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, cari mövsümün ən yaxşısı adına "Napoli"ni çalışdıran Lusiano Spaletti layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Lusiano Spaletti mövsümün əvvəlində "Napoli"nin baş məqçisi təyin olunub. 64 yaşlı mütəxəssis Neapol təmsilçisini 33 ildən sonra ölkə çempionu edib.

Xəbər xətti