İspaniyanın "Real" klubunda növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Eden Azarla yollarını ayırıb. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. Belçikalı hücumçunun 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Real" Eden Azarı 2019-cu ilin yayında "Çelsi"dən 115 milyon avroya transfer etmişdi. 32 yaşlı futbolçu La Liqa klubunun heyətində meydana çıxdığı 76 rəsmi matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Real" bu gün Marko Asensio və Mariano Diasla yollarını ayırdığını açıqlayıb.
saytlarin hazirlanmasi