"Real"la müqaviləsi başa çatan Kərim Benzemanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Fransalı forvard "Əl İttihad" klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"da çıxış edirdi. Təcrübəli oyunçu cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 31 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi